Gənclərimizin böyük uğuru!

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Respublika Fənn Olimpiadalarının 2024–2025-ci tədris ili üzrə yekun nəticələrinə əsasən böyük uğura imza atan şagirdlər, “Zəkaların mübarizəsi” olimpiadasında bilik yarışı kateqoriyası üzrə qalib olan İsmayıllı komandasının üzvləri, Elm və Təhsil Nazirliyinin qərarına əsasən, 2024-2025-ci tədris ilində İsmayıllı rayonunun ümumtəhsil müəssisələrindən 9 qızıl, 1 gümüş nişanla təltif olunan gənclərlə görüş keçirib.

Görüş zamanı gənclərlə səmimi söhbətlər apararaq onların gələcək planlarını dinləyib, elmi və yaradıcılıq fəaliyyətlərində daim dəstəklənəcəkləri vurğulayıb.

Təhsil hər bir ölkənin və rayonun sosial-iqtisadi inkişafında əsas yer tutur. Bu gün Prezidentimiz cənab İlham Əliyev və ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir.

Bu uğurlar gənclərimizin əzmkarlığının, müəllimlərimizin fədakarlığının və təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

“Əmək, zəka və istedad hər zaman dəyərini tapacaq!”

Gənclərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

İsmayıllı icra hakimiyyəti