
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Xumar Cəbrayılova:“ Qızılca yüksək yoluxduruculuq qabiliyyətinə malik infeksion xəstəlikdir. İnsandan-insana respirator damcılar ve aerozollar vasitəsilə ötürülür. Qızılca xəstəsi tərəfindən ifraz olunan havanın qapalı məkanda 2 saata qədər yoluxmaya səbəb ola biləcəyi məlumdur.Xəstəliyin orta inkubasiya dövrü 10-14 gün (7-23 gün arası dəyişə bilər) olub, xəstə ilə təmasdan qızdırmanın başladlağı günə qədər olan dövrü əhatə edir. 2-4 günlük prodromal dövr qızdırma, səpkilər, kataral əlamətlər, öskürək, konyuktivit əlamətləri və “Koplik” ləkələri (yanağın selikli qişasında aşağı molyar dişlər səviyyəsində qırmızı haşiyə ilə əhatə olunmuş kiçik ağ ləkələr) ilə təzahür edir. Prodromal əlamətlərin başlamasından 2-4 gün sonra mərhələli eritematoz makulopapulyar səpkilər əmələ gəlməyə başlayır.Səpkilər əvvəlcə üz nahiyəsində əmələ gəlir, daha sonra isə mərhələli şəkildə gövdə ve asağı ətraflara yayılır. 4-7 gün müddətində davam edən səpkilər itdikdən sonra müvafiq nahiyələrdə qabıqlanma müşahidə edilir.Xəstəliyin tez-tez rast gəlinən ağırlaşmaları pnevmoniya və orta qulağın iltihabıdır. Bununla yanaşı, larinqotraxeobronxit, ishal və stomatit kimi ağırlaşmalara da rast gəlinir.Aşağıdakı əlamətlərə uyğun gələn hallar qızılcaya şübhəli yoluxma halı kimi qiymətləndirilir:Qızdırma fonunda makulopapulyoz səpkilərin (non-vezikulyar) və aşağıda qeyd olunan əlamətlərdən ən azı birinin olması:1.Öskürək2.Kataral əlamətlər3.Konyuktivit4.Koplik ləkələriAğırlaşmamış qızılca halları ev şəraitində izolyasiya olunmalı və ambulator müalicə qəbul etməlidirlər.ProfilaktikaPeyvəndləmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur. Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 va 6 yaşında olmaqla 2 doza şəklində kombina olunmuş Qızılca, Parotit, Məxmərək (QPM) peyvəndi ilə aparılır.Epidemioloji alovlanma dövründə xəstəxanaya müraciət edən bütün uşaqların immunizasiya statusu ve “Vitamin A” təyinatı dəyərləndirilməli, qızılca əleyhinə peyvənddən geri qalan bütün uşaqlar peyvəndləməyə cəlb olunmalı, müvafiq “Vitamin A” təyinatı verilməlidir.1 yaşdan yuxarı peyvənd olunmayan uşaqlar aşkar olunduqda 4 həftə intervalla 2 doza QPM peyvəndi vurulmalıdır. Əgər uşaq daha öncə QPM peyvəndinin 1-ci dozasını almışsa, lakin 6 yaşında 2-ci doza vurulmamışdırsa, 1-ci dozanı təkrarlamadan peyvəndləmə davam etdirilməlidir. Bu xəstələrdə 2-ci dozanın tamamlanması yetərlidir.Daha öncə qızılcaya qarşı peyvəndlənməmiş və ya xəstəliyə yoluxmamış yetkin şəxslərin peyvəndlənməsinə yanaşı xəstəliklər və ölkədəki epidemioloji vəziyyətə uyğun olaraq, ailə həkimlərinin rəyi və müvafiq səhiyyə qurumlarının tövsiyəsi əsasında qərar verilir. Peyvəndlənməyə göstəriş olduqda 2 doza QPM peyvəndi minimum 4 həftə ara ilə tətbiq olunmalıdır. Şübhəli/təsdiqlənmiş xəstələrlə təmasda olan va daha öncə peyvəndlənməmiş və ya xəstəliyə yoluxmamış şəxslərin 72 saat ərzində qızılca peyvəndi alması tövsiyə olunur.Qızılca peyvəndinə əks-göstərişi olan şəxslər şübhəli/təsdiqlənmiş xəstələrlə təmasda olduqda 6 gün ərzində insan immunoqlobulininin təyin olunması xəstəliyə yoluxmanın və ya ağırlaşmaların qarşısını ala bilər.”