
Ağ Evdə fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdə mübahisə yaşanıb.
AzadlıqRadiosunun Ukrayna xidməti mübahisənin Zelenski ilə vitse-prezident Ceyms D.Vens və prezident Tramp arasında yaşandığını bildirib.
“Biz danışa və danışa bilərik, amma bu belə işləmir. Bizim belə təcrübəmiz olub, bu kömək etmədi. Putin 25 dəfə atəşkəsi pozdu. Bu bizim idarəçiliyiniz dövründə olmadı, bu başqalarının zamanında idi, amma o pozdu, o həmin vaxt prezident idi. Buna görə də biz heç vaxt atəşkəsi qəbul etməyəcəyik. Təhlükəsizlik zəmanəti hər şeydən öncədir. Bu sənəd hələ son deyil” – deyə Zelenski Ağ Evdə deyib.
Daha sonra Ukrayna lideri deyib ki, ABŞ-ni Avropadan okean ayırsa da siz müharibənin nəticələrini hiss edəcəksiniz. Tramp cavabında deyib ki, siz bunu deyə bilmərsiniz, bizə nəyi hiss edəcəyimizi deməyin.
“Biz çalışırıq sizin probleminizi həll edək. Bizə öz nöqteyi-nəzərinizi sırımaq lazım deyil. Siz uyğunsuz şəraitdəsiniz, əlinizdə kartlar yoxdur” – deyə ABŞ prezidenti Zelenskiyə cavabında deyib.
Zelenski isə cavabında bildirib ki, o burada kart oynamır. “Curent Times” isə Trampın Zelenskinin hazırda III Dünya Müharibəsinə yatırım etdiyin və bunun ölkəyə hörmətsizlik olduğunu dediyini Ağ Evdəki görüşdən verdiyi canlı yayımda bildirib.
Vitse-prezident Vens isə əlavə edib ki, siz bizə nə edəcəyimizi əmr edə bilmərsiniz. Daha sonra Vens onlar 2024-cü ilin sentyabrında Pensilvaniyanı ziyarət edərək onlara müxalif qüvvənin kampaniyasında iştirakını xatırladıb. O, prezident Trampın Ukraynanı xilas etməyə çalışdığını bildirib.
Tərəflərin media qarşısında görüşü artıq başa çatıb.
Zelenskinin ABŞ-yə səfəri bu gün başlayıb. Görüş çərçivəsində nadir metallarla bağlı razılaşmanın imzalanacağı gözlənilir. Bu tərəflər arasında bir müddət öncə başlamış gərginlikdən sonra ilk görüşdür.