Tramp nə istədi, Zelenski nə verdi?

Ukraynanın dirənməsi vəziyyəti necə dəyişdi?

Ukrayna savaşı başladıqdan sonra Zelenskinin Rusiya qarşısnda dik duruşunu, cəsarətini və əsil dövlət xadiminə yaraşan mövqeyini küçümsəmək istəyənlər, hər dəfə onu Amerikadan idarə olunan, müstəqil iradəsi olmayan bir şəxs kimi təqdim etməyə çalışırdılar. Ancaq Zelenski Trampın nadir torpaq elementi ilə bağlı 500 miyard dollar tələbini geriyə çevirdikdən sonra, bu fikirə inananların, onu təbliğ edənlərin yanıldığı növbəti dəfə üzə çıxdı.

Dünən Ukrayna tərəfi ABŞ -la imzalanması nəzərdə tutulan nadir torpaq elementləri ilə bağlı razılaşdırılmış müqavilnin təfərrüatları barədə bəzi məlumatları ictimailəşdirb. Yeni müqavilə sənədində Trampın istədiyi 500 miyard dollarlıq ödəniş öhdəliyinə dair hər hansı müddəa yoxdur. Bəs nələr var?

Əvvəla onu deyək ki, bu layihə mətnində Ukraynanın ABS-dan tələb etdiyi təhlükəsizlik təminatı göstərilməyib. Bununla bağlı dünən ABŞ-da hökumət kabinetinin ilk toplantısında çıxış edən Tramp bildirdi ki, sənəd imzalandıqdan sonra Ukraynadakı Amerika şirkətlərinin təhlükəsizliyini qorumaq, elə həm də Ukraynanın təhlükəsizliyinə təminat vermək anlamına gələcək.

Bu layihədə Ukraynanın yeraltı sərvətlərinin işlənməsi və gəlirlərlərinin istifadəsi kimi önəmli məsələlər isə Kiyevin istəklərinə uyğun şəkildə əks olunub. Sənədə əsasən Ukrayna dövləti öz ərazisindəki faydalı qazıntıların işlənməsində öz mülkiyyət haqlarını tam qoruyur.
Razılaşmaya görə Ukrayna ilə ABŞ birgə idarə edəcəkləri “Bərpa İnvestisiya Fondu” yaradırlar və təbii sərvətlərin hasilatından əldə ediləcək milli gəlirin 50%-i bu fonda daxil olacaq. Bu vəsait hasılatin pay bölgüsündə iştirak edən şirkətlərin mənfəətindən kənar, yalnız dövlət payı əsasında daxil olan birbaşa ödənişləri nəzərdə tutur. Bu isə o deməkdir ki, gələcəkdə dövlət istəsə mədənlərin işlənməsinə cəlb etdiyi yerli şirkətlərərlə razılaşıb, onların gəlirlərinin bir qisminin lazım olan istiqamətlərə yönləndirilməsi müqabilində öz payını azalda da bilər və.s

Layihəyə əsasən bu fonda toplanan vəsaitlər Ukraynanın bərpası layihələrinə sərf ediləcək. Bu isə o deməkdir ki, yeraltı sərvətlərin istismarından əldə edilən gəlirlər tam həcmdə Ukraynanın özünə qalacaq və müharibədən sonra ölkənin yenidən qurulmasına sərf ediləcək. Bu müqavilə olmasa belə, onsuzda Ukrayna milli sərvətlərindən əldə edəcəyi gəlirlərin bir qismini ölkənin bərpasına sərf edəcəkdi.))

Belə çıxır ki, ABŞ bu müqaviləyə əsasən Ukraynanın bərpası ilə ilə məşğul olacaq Bərpa və investisiya Fondunun idarə olunmasında iştirak hüququndan başqa heç nə eldə etmir. Bu iştirak hüququ isə Ukraynanın faydalı qazıntılarından və ya onlardan əldə olunan gəlirlərdən ABŞ-a hər hansı pay ayrılması öhdəliyi nəzərdə tutmur.
Bəs o zaman 500 miyard istəyən Trampın sonda 5 sent də vəd etməyən bu müqaviləni imzalamaqda marağı, faydası nədir ?

Çox sey istəyib axırda heç nə əldə edə bilməyən Tramp yəqin ki, ABŞ-n yuxarıda haqqında danışılan Bərpa İnvestisiya Fondunun idarəçiliyində iştirakını, Ukraynanın bərpa olunmasında Amerika şirkətlərinə yaxşı pay almaq imkanı kimi təqdim edəcək. Ancaq onsuz da heç bu müqavilə olmasa belə, Ukrayna həm ölkənin bərpası, həm də faydalı qazıntıların işlənməsi kimi miyardlarla vəsait tələb edən böyük işlərin görülməsində ABŞ-şirkətlərinin iştirakına özü hamıdan daha çox maraqlı olacaq.

O zaman İndiki halda Tramp üçün bu sənədin yeganə praktik əhəmiyyəti, Bayden dönəmində bağlanmış müqavilələr əsasında Ukraynaya 2025-ci il ərzində gedəcək silah sursatın guya əvəzssiz verilməyəcəyini və bu məsələdə öz vədinə əməl etdiyini deyib, tərəfdarları qarşısında bunu öz uğuru kimi təqdim etmək olacaq. Əslində isə dəyişən bir şey olmayacaq.

Son olaraq onu da qeyd edək ki, layihədə faydalı qazıntılarla bağlı məsələlərin bu cür dolaşıq və qeyri müəyyən bir formada əks olunması, müqavilənin həyata keçirilmə mexanizminin göstərilməməsi və tərəflərin birbaşa konkret hüquq və öhdəliklərinin müəyyən edilməməsi, onu müqavilədən daha çox niyyət protokoluna bənzədir.

Beynəlxalq səviyyədə müqavilə öhdəlikləri sahəsində isə belə “suya verilmiş” sənəd nümunəsi isə yəqin ki, hec vaxt olmayıb. Bu müqaviləni nəzəri baxımdan Trampdan sonra gələcək hakimiyyət dönəmində “həyata keçirirmək” mümkün olacağı üçün, o imzalandıqdan sonra ehtimal ki, həmişəlik arxivə göndəriləcək. Trampdan sonra ABŞ- da prezidenti olacaq şəxsin Ukrayna məsələsinə münasibəti də yəqin ki, indikindən fərqli olacaq və o zaman ABŞ- Ukraynanın bərpası ilə məşğul olacaq bir fondun idarəçiliyində iştirakında da bir məna, fayda görməyəcək.

Fuad Qəhrəmanlı