Yoldaş Vüqar Əhmədov, Göyçayda elektrik dirəkləri, naqillər, transformatorlar bərbad vəziyyətdədir. Dəfələrlə bu haqda sakinlər tərəfindən göndərilən videoçəkilişlər paylaşmışıq. Az öncə rayonun 1-ci Ərəbcəbirli kəndi, şəhid Zakir Nəcəfov küçəsində hündür ağacların yüksək gərginlikli elektrik naqillərinə təmas etməsi nəticəsində qısaqapanmaların baş verməsini əks etdirən videomüraciət yayımladıq. Daşdan səs çıxdısa, Göyçay Elektrik Şəbəkəsindən, xüsusən də oranın baş mühəndisi Mövsüm Ağayevdən də səs çıxdı. Adını çəkdiyim şəxs neçə illərdir ki, sözügedən idarədə baş mühəndis vəzifəsində işləyir. Yuxarıda qeyd etdiyim kimi, Göyçayda dirəklər, naqillər, transformatorlar, ümumiyyətlə elektrik təchizatı baxımsız vəziyyətdədir. Bəlkə, bu şəxs Azərbaycan Respublikası Konstitusiyasında və ya digər qanunlarımızda nəzərdə tutulmamış hansısa xüsusi güzəşt və imtiyazlara sahibdir, lakin xəbərimiz yoxdu?!

Göyçay xəbərləri