
Əziz həmvətənlər, dostlar və həmkarlar!
Sabah tibb elminin əfsanələrindən olan akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Zərifə xanım cəmiyyətimizdə xanım, ana, alim kimi haqlı olaraq sevilir, ehtiramla anılır. Çünki Zərifə xanımın işıqlı, təkrarsız həyatı nümunəvi və insanlıq üçün faydalı olub.
Zərifə xanım dünya şöhrətli alim olmasına baxmayaraq olduqca sadə bir həyat yaşayıb. Ünsiyyətə açıq, mərhəmət, şəfqət və xeyirxahlıq ünvanı kimi işıq saçıb, göz xəstəliyindən əziyyət çəkən insan övladına dünyanı görmək xoşbəxtliyini bəxş edib.
Tibb elminin inkişafında misilsiz xidmətlər göstərmiş Zərifə xanımın əsərləri, ixtiraları oftalmologiya sahəsində çalışan həkimlərin yol xəritəsi olaraq inkişafa töhfələr verib və bu günümüzdə də bu proses davam edir.
Onun alim kimi ali keyfiyyətləri, bəşəriyyətin yüksək ideallarına xidmət sahəsində fəaliyyəti həkim olaraq hər birimiz üçün örnəkdir. Ona görə də şərəfli həyat yaşamış Zərifə xanımla fəxr edir, onun adı çəkiləndə belə ayaq saxlayır, hörmətlə anırıq.
Ruhun şad olsun, əvəzsiz alim, #BöyükAna!