
Birləşmiş Ştatlar artıq “zamanı və məkanı idarə etmək” qabiliyyətinə malik texnologiyalara malikdir. Bu iddia Ağ evin elm və texnologiya məsələləri üzrə müşaviri Maykl Kratsios tərəfindən Texasda keçirilən böyük elmi konfransda ifadə edildiyi üçün şübhə altına almaq çətindir. Kratsiosun sözlərinə inansaq, ABŞ-ın bu günə qədər yalnız elmi fantastik əsərlərdə bəhs edilən inanılması çətin olan texnoloji inkişaf mərhələsində olduğunu söyləmək olar.
Kvant prosessorlarla bağlı Google şirkətinin ən son naliyyəti olan Willow 105 kubitlik Willow çipi dünyanın ən böyük superkompüterinin 1025 il ərzində həll edəcəyi işi beş dəqiqə ərzində həll edə bilir.
ABŞ-la rəqabəti uduzmamağa çalışan Çin də kvant proseslar sahəsində uğurlara imza atmaqda davam edir. China Telecom şirkəti “Tianyan-504” proqramı çərçivəsində hazırlanmış 504 kubitlik “Xiao Hong” çipi istifadəyə verib.
ABŞ və Çindən geri qalmamağa çalışan Böyük Britaniyanın hədəfi 2030-cu ildə elm və texnologiya super gücünə çevrilməkdir. Siyasi və maliyyə super gücü olan Böyük Britaniyanın elm və texnologiya super gücünə çevrilməsi Rusiyanın super güc olmaq iddiasının qarşısını əbədilik alacaq. Londonun bu hədəfinin gerçəkləşməsi ehtimalı çox yüksəkdir.
ABŞ, Çin və Böyük Britaniya elm və texnologiya sahəsində liderlik uğrunda sərt rəqabət aparsalar da, bir məsələ tam aydındır. Bu da ondan ibarətdir ki, ingilis mədəniyyəti mədəniyyətlər arası rəqabəti qazanaraq bütün dünyada hakim mədəniyyətə çevrilib. Elm və texnologiya sahəsində uğur qazanan onlarla çinli və indusu müşahidə edərkən gəldiyim qənaət belədir ki, bu insanlar zahirən şərqli olsalar da, ingilis mədəniyyətinin daşıyıcılarıdırlar.
Xəqani Cəfərli politoloq