
Göyçay xəstəxanasında ÖZBAŞINALIQ
1)Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Radiologiya şöbəsində olan “KT” avadanlığının yeganə mütəxəssisi həmin şöbənin müdiri Cavad Cavadovdur. Lakin, iş vaxtından sonra, yəni 16:00 dan etibar çağırışlara Elgiz Əhmədov gəlir. Elgiz Əhmədov isə “KT” üzrə deyil, Radiologiya şöbəsində rentgen üzrə mütəxəssisdir. Əslində “KT” avadanlığına cavabdeh şəxs Cavad Cavadovdur.
2)Həmçinin, xəstəxanada əmrlə “EXO” üzrə mütəxəssisi Həsən Miriyevdir. Hər kəsin bildiyi kimi, Həsən Miriyev rəsmən kardioloq-həkim və “EXO” üzrə mütəxəssisdir. Təəssüflər olsun ki, Həsən Miriyev “EXO” avadanlığının yanına “Endoskopiya” avadanlığı qoyaraq mədə xəstəliklərinin müayinəsini həyata keçirir.
Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi “hörmətli” Aqşin İsayev, yuxarı qeyd etdiyim iki qanunsuz fakt sənin rəhbərlik etdiyin xəstəxanada həyata keçirilir. Tabeçiliyindəki qeyri-mütəxəssislərinin xəstələrə yalnış diaqnoz qoyması nəticəsində aparılan səhv müalicələr, onların ölümünə və ya ömürlük yatağa məhkum edilməsinə səbəb ola bilər.
Sosial şəbəkələr vasitəsilə
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ndan,
Azərbaycan Respublikasının Baş Prokurorluğu ndan,
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ndən,
TƏBİB rəhbərliyindən müraciətdə göstərdiyimiz qanunsuzluqların araşdırılaraq qarşısının alınmasını çox xahiş edirik!
Redaksiyadan:Qeyd olunan yazı Göyçay,Ucar,Zərdab, İsmayıllı Facebook qrupuna istinadən verilir.Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.