
İranın dini lideri Seyid Əli Xameneyi xalqa çağırış edib.
Müraciətin məğzi çox açıqdır; müsəlmanları yəhudilərlə müqəddəs müharibəyə, Cihada çağırıb.
Bu ən son kartı idi İranın və rejimin. Artıq istifadə edirlər.
O tərəfdən də Tramp artıq nüvə proqramından imtina zad söhbətlərini yığışdırıb, İrandan birbaşa qeyd-şərtsiz kapitulyasiya tələb edir.
Təkrar edirəm, İrandan artıq qeyd şərtsiz təslim olmaq tələb olunur. II dünya müharibəsində Almaniya və Yaponiyanın etdiyindən.
Görünən odur ki, dünya gücləri molla rejimini bitirmək qərarı veriblər.
Bu isə bizi qarşıda azı 10 minlərlə, böyük ehtimalla 100 minlərlə edam gözlədiyi deməkdir.
Molla rejimi devrilsə, tarixdə misli-bərabəri olmayan qisas olacaq. İran xalqı bütün dünya yığılsa, yenə də keçməyəcək mollalara.
Xalq inqilabda öldürülən, 88-də edam olunan övladlarının qisasını çox amansızlıqla alacaq.
Mollaların üst eşalonu neçə illərdir övladlarını, ailələrini Floridaya, Kaliforniyaya, Fransa və İngiltərəyə yerləşdirib, bu günlər üçün.
Amma, heç biri təhlükəsizlikdə deyil. Olmayacaq.
Əgər, molla rejimi devrilsə xalq əvvəlcə SEPAH-dan başlayacaq, bu qurumun süpürgəçisinə kimi heç kim sağ qalmayacaq.
Sonra sıra mollalardadır; Ali dini şuradan, küçədəki məsçidin mollasına kimi bir-bir dənləyəcəklər, sonra keçəcəklər xaricdəkilərə.
Molla rejimi devrilməmək üçün canını qoyacaq bu müharibədə. Çünki bilirlər ki, əksi olsa, 45 il ərzində elədiklərinin cavabını elə alacaqlar ki, bu tarixdə ən qanlı qisaslardan biri olacaq.
İran tarixi isə belə qisaslarla doludur…
İlkin Rüstəmzadə sabiq siyasi məhbus