
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Nimitz” nüvə təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupu Cənubi Çin dənizindən Yaxın Şərqə yola düşüb.
Bu barədə “Fox News” telekanalı ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ İsrailin İran hədəflərinə hücumlarından və İrandan davam edən cavab zərbələrindən sonra gəmilər də daxil olmaqla hərbi resurslarını Yaxın Şərqə köçürür.
“USS Carl Vinson” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupu artıq bir müddət əvvəl Ərəb dənizinə çatıb.
ABŞ rəsmisi bildirib ki, hazırda Yaxın Şərqdə 40 minə yaxın Amerika əsgəri var.
Meydan tv