
Tramp:”Hamı Tehranı dərhal tərk etməlidir!”
ABŞ prezidenti bunu öz “Truthsocial” hesabında yazıb.
“İran nüvə proqramı ilə bağlı onlara imzalamağı söylədiyim sazişi imzalamalı idi. Bu biabırçılıq və insan tələfatıdır. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm! Hamı Tehranı dərhal tərk etməlidir!” – o yazıb.
ABŞ prezidenti Kanadada keçirilən G 7 sammiti vaxtından əvvəl tərk edərək Vaşinqtona qayıdıb.
Azadlıq qəzeti