İsmayıllı rayonu Tircan kənd sakini, Vətən müharibəsi şəhidi Həsrətov Xəyal Əzim oğlunun doğum günü məzarı yanında anılıb.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH nümayəndələri, şəhid ailələri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin məzarı ziyarət olunub, bulaq kompleksi önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Çıxışlarda onun igidliyi və Vətənə sədaqəti vurğulanıb. Məktəblilər vətənpərvərlik şeirləri səsləndiriblər.

Qeyd edək ki, Həsrətov Xəyal 2005-ci il iyulun 7-də anadan olub, 2023-cü ilin iyulunda hərbi xidmətə gedib, Dövlət Sərhəd Xidmətində xidmət edib və 19 dekabr 2023-cü ildə döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.