Şəhid Xəyyam Daşdəmirov yad edilib

11 iyul 2025 -ci il tarixində İsmayıllı rayon MKS-nin Kürdmaşı kənd kitabxana filialı və Kürdmaşı kənd Mədəniyyət evinin əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2020-ci il iyulunda Tovuz istiqamətində baş verən döyüşlərin şəhidi Xəyyam Daşdəmirovun ailəsini və məzarını ziyarət ediblər.
Şəhidin xatirəsi hörmətlə anılıb.

Məlumat üçün bildirək ki, Tovuz döyüşlərinin şəhidi Xəyyam Daşdəmirov iyulun 13-də doğulduğu İsmayıllı rayonunda dəfn olunub.
Azərbaycan Respublijasının Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Daşdəmirov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.