
Rusiya diktatoru Vladimir Putinin son bir ildəki hərəkətlərini müşahidə edənlər onun özünü Çinin vassalı kimi apardığını aydın görürlər. Son bir ildə Putin üç dəfə nəvəsinin Çin dilini bilməsindən bəhs edib. Putin nəvəsinin Çin dilini çinli dayəsindən öyrəndiyini də sözlərinə əlavə etməyə zərurət hiss edir.
Putinin özünü Çinin vassalı kimi aparması ötən ay keçirilmiş 28-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda xüsusilə diqqət çəkib. Belə ki, BRİKS-dəki müttəfiqi Cənubi Afrikanın vitse-prezidentinin ünvanına bir neçə kəlmə xoş sözlə kifayətlənən Putin Forumda Çini təmsil edən Baş nazirin müavini Ding Xuexianga yaltaqlanmaqdan özünü saxlaya bilməyib. Baxmayaraq ki, Ding Xuexiang Çinin siyasi iyerarxiyasında 6-cı adam olsa da, Putini onu böyük bir lider kimi qarşılayıb. Putin Ding Xuexianga müraciətlə belə deyib: “Mən yoldaş Xuexianga dedim, əlbəttə ki, o, böyük liderdir – Siyasi Büronun daimi komissiyasının üzvüdür, lakin eyni zamanda o, hökumət başçısnın müavinidir. İşi çox olsa da, gəlməyə vaxt tapıb”. Bu vassalın ağasının diqqətini çəkmək, rəğbətini qazanmaq cəhdidir.
Özünü böyük xalq elan edən rusların qürur duyduqları dövlətin və liderin düşdüyü rəzil durum bundan ibarətdir.
Xəqani Cəfərli politoloq