
5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı münasibətilə plana uyğun olaraq İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində tədbir keçirilib və bu tədbirlər davam edir.
Tədbirdə idarənin rəhbərliyi və əməkdaşları ilə yanaşı , İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Hüseynov Şahin və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi (elmlər namizədi ) Çırıyev Nəriman iştirak etmişdir. Tədbir zamanı su təsərrüfatı sahəsində çalışan işçilərin ölkə əhalisinin su təminatında olan əhəmiyyəti xüsusi vurğulanmışdır. Qonaqlar öz çıxışlarında bu sahədə çalışan mütəxəssislərin əməyinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyini bildirmiş, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Eyni zamanda, idarənin bir qrup əməkdaşı uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə təltif edilmiş, onlara peşə bayramı münasibətilə minnətdarlıq ifadə olunmuşdur.
Tədbir səmimi və əməkdaşlıq ruhunda keçmiş, gələcəkdə də bu cür görüşlərin davam etdirilməsinin vacibliyi qeyd edilmişdir.