
Tramp cumə günü Əliyev və Paşinyanla görüsəcək
ABŞ prezidenti Donald Tramp bu cümə günü Azərbaycan və Ermənistan başçıları ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.
Daha sonra Tramp-Əliyev-Paşinyan birgə bəyanatı gözlənilir.
Bu barədə Bloomberg Agentliyi Ağ Evin protokol sənədinə əsasən məlumat yayıb.
Sənədə əsasən, avqustun 8-də (cümə günü) Tramp Bakı vaxtı ilə saat 22:30-da Ermənistanın Baş naziri Nikol Paşinyanla, 23:20-də İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.
Bakı vaxtı ilə saat 00:00-da hər iki liderin iştirakı ilə birgə bəyanat veriləcək.
azadlıq qəzeti