Vaşinqtonda bu həftə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq

ABŞ Konqresinin aşağı palatasının üzvü, ABŞ Helsinki Komissiyasının həmsədri Co Vilson X platformasında belə tvit atıb:

“Donald Tramp kimi sülhməramlı prezident heç vaxt olmayıb

• Konqo və Ruanda
• Tayland və Kamboca
• Pakistan və Hindistan

Və tezliklə Azərbaycan və Ermənistan”.

Bu o deməkdir ki, Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilir.
Bir gün əvvəl bu həftənin cümə günü Vasinqtonda Trampın Əliyevi və Paşinyanı qəbul edəcəyi haqqında xəbər yayılmışdı.

azadlıq qəzeti