
Nömrəni gizlətdin, qaydanı pozdun, radardan yayındın…- Bəs faciə? Övladına nə cavab verəcəyik?
Bəzi sürücülər qaydanı pozduqda məsuliyyətdən yayınmaq üçün dövlət nömrə nişanını bilərəkdən örtür, dəyişdirir və ya görünməz hala salır.
Unutmaq olmaz ki, hər bir nəqliyyat vasitəsi məhz nömrə nişanı ilə tanınır. Onu gizlətmək və ya dəyişdirmək qanunla qadağandır. Bu cür hallar inzibati məsuliyyət yaradır və texniki vasitələrlə aşkar edilir.
Sürücü məsuliyyətdən yayınmağa deyil, təhlükəsizliyə xidmət etməlidir. Qaydalara əməl etmək həm sizin, həm də digərlərinin həyatını qoruyur.