
hüquqimaariflənmə #məişətzorakılığı – Məişət zorakılığı ilə bağlı şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxıldıqda, cinayət təqibi ilə yanaşı görülməli tədbirlər
Cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələrlə yanaşı, məişət zorakılığı barədə məlumat təsdiqləndikdən sonra görülməli tədbirlər aşağıdakılardır:
- zərurət olduqda zərər çəkmiş şəxsin dövlət vəsaiti hesabına hüquqi yardımla, dərhal tibbi yardımla, yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi, habelə onun barəsində psixoloji reabilitasiya və psixoloji korreksiya kursunun aparılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərmək;
- məişət zorakılığının yaranmasına səbəb olan halları aşkar etmək və onların qarşısını almaq istiqamətində tədbirlər görmək;
- məişət zorakılığının qarşısının alınmasını, onun təkrarlanmamasını, araşdırmanın aparıldığı müddət ərzində zərər çəkmiş şəxsin təhlükəsizliyini təmin etmək;
- araşdırmanın aparılması zamanı tərəflərin münasibətlərinin normallaşmasına kömək göstərmək;
- məişət zorakılığını törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və onlarla tərbiyəvi-qabaqlayıcı işin aparılması üçün tədbirlər görmək;
- məişət zorakılığından zərər çəkmiş şəxsə və onun ailə üzvlərinə onların hüquqlarını, dövlət tərəfindən yaradılan və qanunvericiliklə müəyyən edilən vasitələrdən istifadə qaydalarını izah etmək;
- zərər çəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər görmək;
- məişət zorakılığı ilə bağlı şikayətin araşdırılması nəticəsində cinayət işinin başlanması üçün əsaslar müəyyən olunmadığı halda həmin şikayəti aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına göndərmək;
- zəruri hallarda məişət zorakılığı barədə şikayətlər üzrə araşdırmanı aparan digər dövlət orqanlarına kömək göstərmək.