
Ukraynanın qalib gəlməsi üçün 100 milyard dollarlıq silah bəs edər
“İqtisadçı Anders Aslund hesab edir ki, Ukraynanın döyüş meydanında qələbəsi çox şey tələb etməyəcək.
O, lazımi vəsaiti 100 milyard dollar dəyərində qiymətləndirir və bu vəsait silahların alınmasına sərf edilməlidir.
Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən bu vəsait götürülə bilər”.
Anders Aslund İsveçdə doğulub,iqtisadçıdır.ABŞ-da yaşayır.Atlantik Şurada,Karnegi Fondunda mühüm postlar tutub.
90-cı illərin əvvəllərində Rusiyada Qaydar hökumətinin,sonralar Qırğızstan,Ukrayna,Latviya hökumətlərinin məsləhətçisi olub.
Siyasi və iqtisadi mövzularda çoxlu kitabları dərc olunub.