
Vacib hadisə baş verdi.
BİLD yazır, oxuyaq:
Ukrayna gözlənilmədən hava döyüşündə qələbə qazanır: F-16 qırıcısı Su-35 təyyarəsini məhv etdi
Ukrayna hava döyüşündə tarixi bir qələbə qazandı: Qərb istehsalı F-16 qırıcı təyyarəsi ilk dəfə olaraq Rusiya istehsalı “Flanker” Su-35-i vurdu. Döyüş dünən Ukraynanın şimal-şərqində baş verdi. Sumı vilayətinin müdafiəsi çərçivəsində Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın ölkə daxilində və qonşu Kursk vilayətindəki mövqelərinə aviazərbələr endirdi.
Cavab olaraq, Rusiya Hərbi-Kosmik Qüvvələri havada üstünlük əldə etmək üçün yüksək texnologiyalı Su-35 qırıcı təyyarəsini döyüşə göndərdi ki, Ukrayna təyyarələrini məhv etsin.
Lakin rus pilot pusquya düşdüyündən xəbərsiz idi: ABŞ istehsalı olan F-16 ilə birlikdə havaya qalxan İsveçin Saab 340 AEW&C radar təyyarəsi Su-35-i sərhəddən 200 – 300 km məsafədə aşkar edərək koordinatları F-16-ya ötürdü.
ABŞ-ın F-16 qırıcısı AIM-120 raketini buraxdı və Su-35 Rusiya ərazisində, Kursk vilayətinin Korenevo şəhəri yaxınlığında, sərhəddən 16 km aralıda vuruldu. Pilot katapult edərək xilas oldu. Ukrayna qırıcıları itkisiz şəkildə bazaya qayıtdılar.
Burada məsələ təkcə F-16-da deyil, əsas məsələ İsveçin AWACS sistemidir. Bu sistem rus təyyarələrini yüzlərlə kilometr uzaqlıqdan aşkar edir və F-16 raketlərini real vaxtda yönləndirir. Su-35 hem ona hücum edildiyini belə bilmədi.