
11 avqust 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İDHTK-nin birgə təşkilatçılığı ilə “12 Avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə gənclərlə görüş keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi müavini Fərhad Qurbanov və idman sektorunun müdiri Rəşad Osmanov , İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Tədris-tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Nəzərova və “Tibb və təbiət elmləri” FBK sədri Elşən Həsənov və tələbələr iştirak ediblər.
Tədbirdən öncə Kollecin həyətində ucaldılmış Şəhidlər Abidə Kompleksi ziyarət edilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunaraq, abidə önünə gül dəstələri düzülüb.