Kelloqq:”Ukrayna sülh sazişinin bir hissəsi kimi müharibədən sonrakı Berlin kimi bölünə bilər”

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi, general Keith Kellogg, İkinci Dünya Müharibəsindən sonra Berlinlə olduğu kimi, Ukraynanın faktiki olaraq təsir zonalarına bölünə biləcəyi atəşkəs planı təklif edib.

Onun fikrinə görə:

Rusiya Ukraynanın şərqinə nəzarət edir və Britaniya və Fransa qüvvələri qərbdə “zəmanət missiyası”nın bir hissəsi kimi peyda ola bilər;

ABŞ quru qoşunlarını göndərməyəcək, lakin koordinasiyada iştirak edə bilər;

Ukrayna və Rusiya Federasiyası orduları arasında eni 18 mil olan bufer zonasının yaradılması təklif edilir;

Atəşkəs bağlandıqdan sonra Ukraynada yeni seçkilər keçirilə bilər;

Kellogg Avropaya xəbərdarlıq ediri ki, əgər müstəqil hərəkət etməyə hazır deyilsə, ABŞ-ın hərbi dəstəyinə bel bağlamasın.