
Tofiq Yaqublu Umbakıya köçürülüb
“Bu gün yolumuz Umbakıya idi. Dünən Tofiq Yaqublunun köçüldüyü yeni təcridxanaya gəldik.
Ata ilə görüşdük. Əhval-ruhiyyəsi yaxşı idi. Saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Bütün dostlara salam söylədi. Ona dəstək olan hər kəsə minnətdarlığını bildirdi.
P.S Anamı da hər həftə evdə qalmağa qoymuruq. Bu dəfə fərqlilik olsun deyə, Qaradağın Umbakı qəsəbəsinə gətirdik. Düzdür, qəsəbə boz, tozlu çöllükdə yerləşsə də bizə yad təsir bağışlamadı. 2013-cü ildən 2016-cı ilə qədər Qaradağın Puta qəsəbəsindəki 13 saylı CM-də olmuşuq. Bir sözlə, ölkənin bütün həbsxanalarını gəzirik”.
Nigar Həzi.