
İrandan sonra növbə hansı ölkənindir?
İsrailin İrana qarşı hərbi əməliyyatı Trampla Putinin “işbirliyi”nə də ağır zərbədir. Bir neçə gün öncə Tramp Putinin İranla danışıqlarda vasitəçiliyindən danışırdı. İsrail “İran məsələsi”ni həll etsə, Trampın Putini “diriltmək” üçün uydurduğu daha bir məqamın ortadan qalxmasına səbəb olacaq. Ümumiyyətlə, “İran məsələsi”nin həllinin Trampla Putinin “bal ayı”nın başa çatdıracağı ilə bağlı fikirlər doğru təsbitdir.
Rusiyanın Ukraynadakı məruz qaldı ağır hərbi-siyasi itgilər, İsrailin İranın hərbi gücünü dağıtması dünya düzənin istiqamətini müəyyən edir.
Çox böyük ehtimalla bu gün gecə ABŞ strateji bombardımançıları İsrail hərbi hava qüvvələrinə qoşulacaq. Bu isə İran üçün sonun başlanğacı, Rusiya üçün yeni bir geosiyasi məğlubiyyətin gerçəkləşməsi olacaq.
Ekspet və politoloqları düşündürən sual isə belədir: İrandan sonra növbə hansı ölkənindir?
Bu sualın cavabı Azərbaycanın gələcəyinə önəmli təsir edəcəyini bildiyim üçün proseslərin hansı istiqamətində inkişaf edəcəyini müəyyən etməyə çalışıram. Qənaətimcə, bu ayın sonu, ən geci yayın sonuna kimi bu sullara aydınlıq gətirmək mümkün olacaq.
Xəqani Cəfərli politoloq