
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Rusiya ümid edir ki, Azərbaycan və Ermənistan Rusiyanın NATO-nun Cənubi Qafqaz regionundakı fəaliyyəti ilə bağlı narahatlığını başa düşür və Şimali Atlantika Alyansı kimi “aqressiv hərbi blok”la əməkdaşlığın dərinləşdirilməsi risklərini dərk edir”-açıqlaması Bakı və İrəvana yönəlmiş açıq təhdiddir.
Rusiya postsovet məkanında təsirini sürətlə itirdiyinin fərqindədir və keçmiş sovet respublikalarını təhdid etməklə bu prosesin qarşısını almağa çalışır.
Mariya Zaxarovanın mesajındakı təhdid aydın olsa da, təhdiddən çıxarılan nəticənin dəqiq olmadığı qənaətindəyəm.
Rusiya çox uzun müddət Avrasiyada Böyük Britaniya istisna olmaqla heç bir dövləti özü üçün rəqib və ya təhdid olaraq görməyib. Bu yanaşmanın təməli Napolen üzərində qələbədən sonra qoyulub və müəyyən korrektlərlə 200 ildir ki davam edir.
Qərb və ya NATO-ya münasibətinə gəldikdə isə, Rusiya ABŞ və Böyük Britaniya istisna olmaqla Şimali Atlantika Alyansına üzv hər hansısa bir dövləti özünün rəqibi hesab etməyib və bu gün də etmir. Əgər bu iki dövlət NATO-dan çıxsa, Rusiya Şimali Atlantika Alyansını özünə təhlükə görməz.
Türkiyənin Rusiyaya rəqib olduğu iddiasının isə heç bir əsası yoxdur. Rusiya siyasi, hərbi və iqtisadi cəhətdən Türkiyədən daha böyük güc olduğu üçün son 200 ildə onu özünə rəqib görməyib və bu gün də görmür. Rusiyanın rəqibi olmaq üçün ondan böyük siyasi və iqtisadi güc olmaqla yanaşı nüvə silahına, bu silahı daşıyacaq nüvə üçlüyünə və ən azı 4-cü nəsil silah istehsal edən hərbi sənayesyə malik olmaq vazkeçilməz şərtlərdir. Türkiyə isə bunların heç birinə malik deyil.
İkincisi, Türkiyənin Rusiyaya rəqib ola bilməsi üçün iki dövlət arasındakı ticarət dövriyyəsinin strukturu dəyişməlidir. Ötən il Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 52.6 milyard dolar olub. Rusiya Türkiyə 44 milyard dollarlıq mal satdığı halda, Türkiyədən cəmi 8.6 milyard dollarlıq mal alıb. Türkiyə Rusiyadan əsasən enerji daşıyıcılar və neft məhsulları idxal etddiyi halda, Türkiyənin Rusiyaya ixracatının əsasını kənd təsərrüfatı malları təşkil edib.
Üüçncüsü, “Akkuyu” Atom Elektrik Stansiyasının Rusiyaya həvalə edilməsi Türkiyənin ən azı qarşıdakı 60 ildə (80 və 105 il çəkəcəyini iddia edənlər də var) Moskvadan asılı edəcəyini nəzərə alanda Zaxarrovanın Türkiyəni nəzərdə tutmadığını görmək çətin deyil. Mütəxəsislər bilir ki, Rusiyanın iştirakı olmadan Türkiyə bu stansiyanı işlədə bilməz.
Türkiyənin Rusiyadan enerji daşıyıcılarla bağlı artan asılığına “Akkuyu” AES-in istifadəyə verilməsi ilə yaranacaq vəziyyəti əlavə edəndə Türkiyə ilə Rusiya arasında rəqabət deyil, asılılığın dərəcəsi müzakirə mövzusu olacaq.
Moskvanın əsarətindən birdəfəlik xilas olmaq istəyən dövlət və xalqlar bilməlidir ki, Avrasiyada Rusiya ilə rəqabət apara biləcək, onu məğlub edəcək yeganə bir dövlət mövcuddur. Bu dövlət dünyanın yeganə siyasi və maliyyə gücü olan Böyük Britaniyadır.
Qarabağın işğaldan azad edilməsi və Suriyada baş verən hakimiyyət dəyişikliyi də bunu sübut edir. Ancaq belə görünür ki, burada səhv anlaşılma hələ də davam edir. Ona görə bu iki hadisə ilə bağlı ayrıca yazmaq niyyətindəyəm.
Xəqani Cəfərli politoloq