
İsrail Tehran rejiminin hərbi gücünü dağıtdığı günlərdə sosial şəbəkələrin Azərbaycan seqmentində bir qrup “İsrail Güney Azərbaycan şəhərlərini, dinc insanları bombalayır” tezisi ilə saxta vətənpərvərlik edərək İsrailə və Qərbə qarşı təbliğat aparır, İsrailin hərbi aksiyasının bütövlükdə Azərbaycanın maraqlarına uyğun olduğunu qeyd edənləri soydaşlarının ölümünə göz yummaqda ittiham edirdilər. Rusiya və İranın maraqlarına, ərəb zehniyyyətinə xidmət edən bu tezislərin müəlliflərinin Azərbaycan xalqına vurduğu zərərin erməni işğalından daha ağır olduğu haqqında ətraflı başqa bir zaman yazacam.
Hələlik isə İrandakı bəzilərin etnik azərbaycanlı olmasına baxmayaraq soydaşımız olmadığını İranın İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin timsalında göstərmək istəyirəm. Əli Əkbər Vilayəti son günlər Zəngəzur dəhlizinə görə Azərbaycana qarşı informasiya müharibəsi başladıb. Vilayəti Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizini İranın Qafqazla əlaqələrini kəsməyə, İran və Rusiyanın blokadaya alınmasına xidmət etdiyini bəyan edir. Vilayəti İranın Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycanla 689 km-lik sərhədinin mövcudluğunu görməzdən gələrək, Ermənistanla 44 km-lik sərhədi “həyat yolu” kimi təqdim etməyə çalışır. Ermənistanın ərazsiindən, İranla sərhədə paralel keçən 44 km-lik Zəngəzur dəhlizinin Rusiyanı blokodaya alacağı iddiası Vilayətinin bəd niyyətindən xəbər verir. Vilayətinin bəd niyyətinin digər sübutu Zəngəzur dəhlizi ilə ABŞ-ın Ukraynadakı münaqişəni Qafqazda eskalasiya ilə “əvəz etməyə” çalışması kimi dəyərləndirməsidir.
“Soydaş”ımız Əli Əkbər Vilayətinin Rusiyanı Azərbaycana qarşı təxribatlara körükləməyə çalışdığı çox aydın görünür. Ancaq Vilayəti anlamır ki, Ukrayna Rusiya imperiyasının dişlərini elə qırıb ki, daha başqalarını dişləyə bilmir.
Əli Əkbər Vilayəti İsrailin raketlərindən yaxasını tamamilə qurtardığını düşünməməlidir. Çünki, İsrailin hərbi əməliyyatları başa çatmayıb, yarımçıq dayanıb. İsrail həmişəlik çıxıb getməyib, yaxın zamanlarda qayıdacaq. Qayıtdığı zaman Vilayətini də Məhəmməd Baqiri, Hüseyn Salami, Əmir Əli Hacızadə, Qulam-Rza Mehrabi, Mehdi Rabbani, Hatəm-Qulaməli Rəşid və Məhəmməd Kazemini öldürdüyü kimi öldürə bilər. Görünür Vilayəti hələ anlamır ki, onu İsrailin raketindən qoruyacaq güc İranda mövcud deyil.
Ancaq Vilayəti səhv etdiyini, səhvinə görə səmimi peşman olduğunu bəyan etsə onu İsrailin raketindən xilas edəcək güc mövcuddur.
Xəqani Cəfərli politoloq