İsmayıllı şəhəri “Cümə” məscidində Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin birgə təşkilatçılığı ilə “Ekstremizmin qarşısının alınmasında din xadimlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini-dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı əz rayonu üzrə səlahiyyətli nümayəndələri Qaya Xalıqov və Vasif Teymurov, eyni zamanda dini icma sədrləri, dini icmaların üzvləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı dini ekstremizmin yaranmasının səbəbləri və onun ağır fəsadları barədə məlumat verilib, din xadimlərinin bu cür mənfi təsirlərin qarşının alınmasındakı mühüm rolu qeyd edilib.

Həmçinin cəmiyyətin dini ekstremizm təhlükəsindən qorunmasında dini maarifləndirilmənin önəmli olduğu vurğulanıb. Ölkəmizin milli-mənəvi dəyərləri, multikulturallığı və tolerantlığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

İsmayıllı rayon icra hakimiyyəti