Barak Obama Qəzza zolağında aclıqla bağlı tədbir görülməsinə çağırıb

“Qəzza böhranına davamlı həllin təmin olunması bütün girovların geri qaytarılmasını və İsrailin hərbi əməliyyatlarının dayandırılmasını tələb etsə də, bu məqalələr günahsız insanların qarşısı alına bilən aclıqdan ölməsinin qarşısını almaq üçün dərhal tədbir görülməsinin vacibliyini göstərir,” – Obama sosial platforma X-də paylaşdığı bir postda yazıb və iki “New York Times” məqaləsinə keçid verib.

Obama daha sonra növbəti paylaşımında əlavə edib: “Qəzzada insanlara yardımın çatdırılmasına imkan verilməlidir. Mülki ailələrdən qida və suyun əsirgənməsinin heç bir əsaslı səbəbi yoxdur.”

Azadlıq qəzeti