Polis heyətinin formalaşdırılması istiqamətində seçimlər davam edir — 214 gənc seçildi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov şəhər və rayon polis orqanlarında xidmət etmək istəyən gənclərlə növbəti sıra baxışı keçirib.


Onlayn müraciət edənlər arasından daha hazırlıqlı olan 214 nəfər növbəti mərhələyə buraxılıb. Onlardan 28 nəfəri Vətən müharibəsi iştirakçısıdır.


Nazir gənclərlə görüşdə onlara uğurlar arzulayıb, xidmətdə və vətəndaşlarla ünsiyyətdə dürüstlük, məsuliyyət və intizamlılıq prinsiplərinə sadiq qalmağın vacibliyini vurğulayıb.

Din mətbuat xidməti