
24 kiloqram narkotiklə iki şübhəli saxlanıldı
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayonu ərazisində keçirilən əməliyyat zamanı narkoşəbəkənin üzvləri – Elnur Hacıyev və Əkbər Kərimov saxlanılıb.
Onlara məxsus avtomobil və gizli saxlanc yerindən 24 kq tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanıb.
İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən şəxslər narkotikləri ölkə daxilində satışa çıxarmağı planlaşdırırmış.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.
#narkotikləmübarizə #NarkotikəYox, #TəmizHəyatSeç, #GələcəyiniQoru #Narkotikləmübarizəyəqoşul