İsmayıllı rayon icra hakimiyyəti başçısı cənab Nahid Bağırovun təşəbbüsü ilə bu gün 18-iyun tarixində rayon icra hakimiyyətində yerli sahibkarların iştirakı ilə tədbir keçirilib.

Tədbirə rayon icra hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov sahibkarları salamlayaraq başladı və bildirdi ki,icra hakimiyyəti başçısı hörmətli Nahid müəllimin təşəbbüsü ilə bu tədbir keçirilir.Bilirsiniz ki,son dövrlərdə rayonda bir sıra layihələrin həyata keçirilməsi üçün dövlət tərəfindən lazımi səviyyədə vəsaitlər ayrılır.Biz bu istiqamətdə artıq bir sıra işlərin görülməsinə başlamışıq.Məsələn küçələrin işıqlandırılması, rayon daxili yolların asfaltlanması eləcə də digər sahələrdə əhalinin təkliflərinə uyğun olaraq tədbirlər həyata keçirilir.

Biz sizləri ona görə dəvət etmişik ki,ola bilər bizim diqqətimizdən yayınan məsələlər, problemlər ola bilər.Əhalini ən çox maraqlandıran, onların narahatlıgına səbəb olan problemləri aradan qaldırmaq üçün hər birimiz çalışmalıyıq.Əgər bu istiqamətdə hansısa təklifləriniz varsa buyurun deyin.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, sosial -iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Eyyub Musayev öz fikirlərini bildirdi, sahibkarların təkliflərini dinləyib cavablandırdı.

Eyni zamanda rayon icra hakimiyyəti memarlıq şöbəsinin müdiri Vüsal Abdullayev rayonda görülməsi nəzərdə tutulmuş işlər barəsində geniş açıqlama verdi.

Mahmud Süleymanov bildirdi ki, dövlət başçısı İlham Əliyev cənabları İsmayıllı rayonunda səfərdə oldu və yeni tikilmiş “Coca-Çola” zavodunun açılışını həyata keçirdi və hamı bilməlidir ki,bu dövlət başçısının rayonumuza böyük etimadının göstəricisidir.Yaxın vaxtlarda əlavə layihələrin həyata keçirilməsi üçün işlər görülür ki,yekunda bütün bunlar rayonumuzda yeni iş yerlərinin açılmasına səbəb olacaq.Eyni zamanda yaxın gələcəkdə “Coca-Cola” şirkəti rayonda tikinti, quruculuq işlərinin aparılması, sosial layihələrin həyata keçirilməsi və aztəminatlı ailələrə dəstək göstərilməsi işlərində rayon rəhbərliyi ilə birlikdə fəaliyyət göstərəcək.Bizim məqsədimiz ancaq əhalinin razılığına səbəb olan işləri həyata keçirməkdir və bu istiqamətdə sizlərin də təkliflərinizi dinləmək xoş olardı.Biz eyni zamanda ağsaqqallar, ziyalılar və digər mütərəqqi şəxslərlə işləməyə hazırıq.

Şəhər bələdiyyə sədri,şəhər icra nümayəndəliyinin sədri və digər əlaqədar qurumların rəhbərləri də sahibkarların təkliflərini dinləyib tədbir görülməsı üçün bir sıra qeydlər apardılar.Sahibkarlar rayonda olan aktual mövzularla bağlı, əhalinin ən çox görmək istədiyi işlərdən bəhs etdilər,problemlərin həlli istiqamətində gözəl təkliflər irəli sürdülər.Bütün təkliflər rayon rəhbərliyi tərəfindən qeydə alınaraq tədbir görülməsi üçün addımlar atılacağı bildirildi.

Sonda sahibkarlar onlara etimad göstərildiyi üçün rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və qeyd etdilər ki, bu işlərdə daima rəhbərliyə dəstək verməyə hazır olacaqlar.

İsmayıllı Rayon İcra Hakimiyyəti

Simalregion.az