Ərəb dövlətlərinin ictimai fikrini diqqətlə izləyirəm. Bir müsəlman dövlətinin qan içində boğulmasına adekvat reaksiya yoxdur. Amma həm də qorxu hökm sürür. Ki, İranı məhv etdikdən sonra növbə onlara da çata bilər…

Amma ən dəhşətlisi FƏTH-in mövqeyidir, Fələstin administrasiyasının rəsmi təmsilçiləri faktiki olaraq İsrailin təcavüzünə dəstək verir. İordaniya vəlvələ içində yeni qaçqın dalğasını gözləyir. Misir mövzüdan mümkün dərəcədə qaçır. Hizbulla isə rəsmi olaraq İrandan hərbi yardım barədə müraciət gözləyir… Livan da İsrailə meylini salır. Suriya açıq-aşkar İranı sevmir.

Bu paradoksal vəziyyəti təhlil edən Qüds universitetinin professoru Eli Fuda hesab edir ki, ərəb dövlətləri məxfi olaraq İsraillə sövdələşib, yəhudi dövlətinə İrana qarşı müharibədə dəstək verir…

Nətəcəni özünüz hasil edin. Məndən deməkdir…

Eynulla Fətullayev Facebook səhifəsi