
“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilalanların davranışlarında sosial-ictimai məsuliyyətinin artırılması” layihəsi çərçivəsində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində tədbir keçirib.
Tədbirdə İsmayıllı RİH-in əməkdaşı Gülnarə Mirzəliyeva, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Təhsil sektorunun nümayəndəsi Mayıl Səftərov, “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin sədri Şahin Rəcəbov, müəllimlər, şagirdlər, valideynlər iştirak edib.
Tədbirdə şagirdlərin bəzi hallarda assosial, adekvat olmayan davranışlarının yaranma səbəbləri, təlim-tərbiyə, əxlaq və davranış, ailədaxili münasibətlər, şagirdlərin psixoloji durumu, qidalanması, informasiyaya həssaslığı, mobil smartfonların gətirdikləri asılılıq, keyfiyyətli tədrisə təsir edən amillər, valideynlərin uşaq tərbiyəsində qarşılarına qoyduqları məqsəd və vəzifələr, məktəb ailə əlaqələri və s. mövzulara dair Konstitusiyadakı hüquq və vəzifələrə toxunulub, eyni zamanda uşaqların ailədə və təhsildə davranışları, sosial-ictimai məsuliyyəti müzakirə olunub.
Layihə rəhbəri Şahin Rəcəbov çıxış edərək intellektual və ruhi mədəniyyət, mədəniyyətin bütün sferalara təsiri, vətəndaş-şəxsiyyətin, kamil, mədəni insanın formalaşdırılmasında təhsilin, tərbiyənin, elm və maarifin rolu, ugurlu insanın mədəni inkişaf formulu barədə iştirakçılara geniş bilgilər verib.
“Təhsilalanların davranışlarında sosial-ictimai məsuliyyətin artırılması” layihəsinin məqsədi müasir uşaqların davranışlarında mədəni səviyyə və ictimai məsuliyyəti artırmaq, ailə nümayəndələrin kulturoloji biliklərlə maarifləndirmək, cəmiyyət üçün yüksək mədəniyyətli, sağlam, milli ruhda sosiallaşan, vətəndaş-şəxsiyyət yetişdirlməsinə töhvə verməkdir.
Simalregion.az-İsmayıllı informasiya məkanı