
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış mərasimi keçirilib
Daxili Qoşunların Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim baş tutub.
————
Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib. Mərasimdə Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad olunub, Dövlət Himni səsləndirilib.
————
Nazir V.Eyvazov Daxili Qoşunların şərəfli xidmət yolundan, ölkəmizin sabitliyinin qorunmasında və Vətən müharibəsində qəhrəmanlıq nümunələrindən danışıb, gənc zabitləri və onların ailələrini təbrik edib.
Məzunlara diplomlar təqdim olunub, gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər.