“Eşq” ansamblının konserti keçirilib

20 iyun 2025-ci il tarixində Şamaxı rayon Mədəniyyət Mərkəzində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” ansamblının konserti keçirilib. Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə, Şamaxı rayon Yeni Azərbaycan Partiyasının sədri Tural Qasımlı, idarə əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək, “Eşq” ansamblı 2025-ci ilin yanvar ayında təsis edilib. Ansambl regionda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinin müəllimləri və Şamaxı rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarından təşkil edilib. Ansamblın solisti Ruslan Adgözəlovun ifasında səslənən xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.

DağlıqŞirvanRMİ #Eşqansamblı #mədəniyyət #incəsənət