İmam Seyiyd Əli Xameneinin bəyanatı:

Bismillahir-Rahmənir-Rahim!

Böyük İran Milləti!
Bu gün səhər sionist rejim yenidən çirkli və qanlı əllərini əziz vətənimizə uzadaraq mülki əhali mərkəzlərini hədəfə aldı və öz məkrli, qaniçən mahiyyətini bir daha bütün çılpaqlığı ilə ifşa etdi. Bu cinayətkar rejim, şübhəsiz ki, ağır və ağrılı bir cəza ilə üzləşəcəkdir.

İran İslam Respublikasının güclü və qüdrətli Silahlı Qüvvələri, inşallah, bu cinayətkar rejimi cəzasız buraxmayacaq. Düşmənin bu xain hücumları nəticəsində bir sıra qəhrəman sərkərdələrimiz və görkəmli alimlərimiz şəhid olmuşdur.
Lakin onların davamçıları və silahdaşları, Allahın izni ilə, dərhal öz mövqelərini tutacaq və müqəddəs müdafiə yolunu davam etdirəcəklər.

Sionist rejim bu qorxaq və cinayətkar hərəkəti ilə öz gələcəyinə qaçılmaz bir son və acı aqibət hazırlamışdır.

Yazı sosial şəbəkələrə istinadən yerləşdirilib