
“Azerçay” çay plantasiyalarına mediatur təşkil edib
“Azerçay” markası çay yığım mövsümünün başlanması ilə əlaqədar Masallı rayonunda yerləşən plantasiyaya mediatur təşkil edib. Tur çərçivəsində jurnalistlərə çay yığım prosesi, əkin sahələrində görülən aqrotexniki işlər, müasir suvarma texnologiyaları və çay becərilməsinin digər mərhələləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda 100 hektardan çox sahədə yığım işləri aparılır və bu il mövsüm yüksək məhsuldarlıqla tamamlanacaq.
Qeyd edək ki, yerli bazarla yanaşı, “Azərçay” məhsulları dünyanın 40-dan çox ölkəsində istehlakçılara təqdim olunur. Üzərində “Made in Azerbaijan” yazısını qürurla daşıyan milli markamız Azərbaycan çayçılıq ənənələrinin dünyada tanıdılmasına töhfə verir və beynəlxalq sərgilərdə uğurla təmsil olunur.