Putinin müşaviri A.Kobyakov: “SSRİ hələ də mövcuddur. Müqavilə etibarsızdır!”

Rusiya prezidentinin müşaviri Anton Kobyakov Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında Sovet İttifaqı dağılanda “hüquqi prosedur pozulub”, yəni SSRİ “hələ də mövcuddur”. Onun sözlərinə görə, bu, Ukraynadakı müharibənin “daxili proses” olduğunu söyləməyə imkan verir.

Kobyakov bildirib ki, SSRİ Xalq Deputatları Konqresinin qərarı ilə yaradılıb, ona görə də həmin qurumun qərarı ilə buraxılmalı idi. Bundan əlavə, o, ittifaq respublikalarının Ali Sovetlərinin Belovej sazişlərini ratifikasiya etmək səlahiyyətinə malik olmadığını söylədi.

“Əgər hüquqi prosedur pozulubsa, onda belə çıxır ki, qanuni olaraq SSRİ mövcuddur. Bunu konstitusiya hüququ ekspertləri deyir. Amma SSRİ dağılmayıbsa, məntiqlə, hüquqi nöqteyi-nəzərdən belə çıxır ki, Ukrayna böhranı daxili prosesdir”, – Putinin müşaviri bildirib.

Kobyakov əlavə etdi ki, “SSRİ-nin dağılmasına konstitusiya hüququ mütəxəssisləri hüquqi qiymət verməlidir”. Belə bir qiymətləndirmə, “bugünkü hadisələri anlamağa kömək edəcək” dedi. O əlavə edib ki, forum sayəsində “bu vəziyyətin müzakirəsi” artıq başlayıb.