
Xahiş edirik, bilənlər bilməyənlərə desinlər ki, bank kartları ilə əlaqəli zənglərlə, mesajlarla danışıq, yazışma aparılsa pulunuzu oğurlayacaqlar. Necə ki, dünən də bir neçə vətəndaşın — 6300, 4700, 2766, 2167, 1056, 1000, 624, 600, 450, 387, 300, 170, 100 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Heç vaxt paylaşılmamalı olan məlumatlar var ki, mütləq gizli saxlanmalıdır:
•Son istifadə tarixi (məsələn, 05/26)
•CVV/CVC kodu (kartın arxasında yazılan 3 rəqəmli kod)
•PIN kodu (ATM və POS üçün istifadə olunur)
Məlumatların paylaşılması nə ilə nəticələnə bilər?
Əgər bu məlumatları başqa bir şəxsə versən:
•Hesabındakı pul icazən olmadan çıxarıla bilər
•Kartın vasitəsilə onlayn alış-veriş edilə bilər
•Fırıldaqçılıq və ya dələduzluq hadisələrinin qurbanı ola bilərsən
•Pul itkisi yaşadıqda, bank məsuliyyət daşımaya bilər, çünki məlumatları özün paylaşmısan