
İsmayıllı rayonunda yeni yaradılan bələdiyyələrlə görüşlərimiz davam edir.Daha bir görüşümüz Talıstan bələdiyyəsində baş tutdu.Bələdiyyə sədri hörmətli Ayxan Əhmədov bizi səmimi şəkildə qəbul etdi və suallarımıza şəffaf, dolğun şəkildə cavab verdi.
Bələdiyyə sədri:Talıstan,Qoşakənd, Ağbulaq,Tubukənd,Gənzə bu kəndlər bələdiyyəmizə daxildir.Biz yeni yaradılan bələdiyyə kimi çalışırıq,elə fəaliyyət göstərək ki,həm əhalinin razılığını qazanaq,həm də rayon rəhbərliyi başda olmaqla digər bizə etimad göstərən dövlət qurumlarının etimadını doğruldaq.
Ağbulaq və Qoşakənd kəndləri üçün su sızmalarının qarşısını almaq üçün 2 ədəd su vintləri tərəfimizdən alınıb və yaxın günlərdə quraşdırılması istiqamətində işlər görülür.
Talıstan kəndində ətraf mühitin mühafizəsi məqsədilə 2 zibilliyin üstü örtülüb.Eyni zamanda ətraf mühitin qorunması və mühafizəsi məqsədilə əhalinin maarifləndirilməsi məqsədilə ərazidə məlumat xarakterli lövhələr quraşdırılıb.Biz bu məqsədlə daim əhali arasında təbliğat aparırıq.Bələdiyyəmizin zəruri sənədləri qaydasındadır və yaxın günlərdə nizamnamə bizə təqdim olunacaq.Hətta poçtda bələdiyyəmizin hesab nömrəsi də aktivləşdirilib.
Ağbulaq kəndindən bir müavin təyin etmişik ki,işlərimizi daha məhsuldar,daha operativ həyata keçirə bilək.Ağbulaq,Qoşakənd kəndlərində içməli su problemi var və 8 km lik bir məsafəyə gələcəkdə su çəkilməsi üçün əlaqədar qurumlara müraciət edərək həllinə nail olmağa çalışacağıq.Talıstan kəndində demək olar ki, içməli su problemi yoxdur, ancaq isti yay aylarında təbii olaraq su azalmaları baş verir və bu da tərəfimizdən aradan qaldırılacaq.Biz çalışırıq ki, mövcud su sistemlərini qoruyub saz vəziyyətdə saxlayaq.Eyni zamanda Qoşakəndlə bağlı bir artezian quyusunun qazılması üçün sifariş vermişik.Əsas olaraq üç istiqamətdə tədbirlər həyata keçiririk.Bunlar əhalinin vergi borclarının ödənilməsi, mövcud su sistemlərinin qorunub saxlanılması və ətraf mühitin mühafizəsi üçün məişət tullantılarının nəzarətdə saxlanılmasıdır.
Vergi borclarının ödənilməsi istiqamətində əhali ilə təmaslarda maarifləndirmə işləri artıq öz səmərəsini verir, yaxın vaxtlarda əhaliyə bildiriş formasında yox,SMS şəklində xəbərdarlıqlar göndəriləcək və bu həm operativliyin artırılması üçün,həm də vaxta qənaət üçün ən optimal variantdır.Talıstan Whatsapp qrupunu təşkil etmişik və burada əhalinin maarifləndirilməsi istiqamətində gözəl və səmərəli iş aparılır.Eyni zamanda əhalinin vergiləri daha asan ödəməsi üçün alternativ variantlar tərəfimizdən təqdim olunur.Məqsədimiz üzərimizə düşən işləri daha keyfiyyətli şəkildə həyata keçirməkdir və rayon rəhbərliyi sağ olsun ki,bu işlərdə daima bizlərə lazım olan köməkliyi göstərir.Hesab edirəm ki, yaxın gələcəkdə nəzərdə tutulan layihələrin həyata keçirilməsinə nail olacağıq.Həm də bu işlərdə biz əhalinin iştirakını təmin etmək üçün çox ciddi işlər aparırıq, daima birgə məsləhətləşmələr aparırıq ki,tərəqqiyə hesablanmış işlərdə əhali də fəal olsun.
Redaksiyadan:Biz də Talıstan bələdiyyəsində görülən və nəzərdə tutulan işləri yüksək dəyərləndirir və hesab edirik ki,sədr Ayxan Əhmədov həm gəncdir, istedadlı və bacarıqlı kadrdır və bu işlərin öhdəsindən layiqincə gələ biləcək.Bir daha səmimi qəbula görə Ayxan müəllimə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətində müvəffəqqiyyətlər arzulayırıq.
Şimalregion.az