
Redaksiyamıza olduqca maraqlı həm də sosiallaşması vacib olan məktub daxil olub.Vaxtı ilə 6- saylı regional ekologiya və təbii sərvətlər idarəsində işləmiş hələki adının anonim saxlanmasını istəyən şəxs bildirir ki, İsmayıllı və Qəbələ rayonlarında meşə massivlərində fəaliyyət göstərən istirahət və restoranlar şəbəkəsi qanunsuz fəaliyyət göstərir.Bəli, zamanında Regional Ekologiya və Təbii Sərvətlər idarəsi və regional meşə təsərrüfatı idarələrinə verdikləri rüşvət müqabilində onlara meşələrdə restoran,kafe, istirahət yerləri tikməyə icazə verilib.Həmin şəxslər həm meşələri doğrayıb odun kimi istifadə edir,həm də ətraf mühitin çirklənməsinə səbəb olurlar.Sabiq ekoloq aidiyyatı dövlət qurumlarına səslənir və deyir ki, əgər inanmırlarsa qeyd olunan ərazilərdə monitorinq aparıb obyektlərdən sənəd tələb etsinlər onda vəziyyətin hansı halda olacağını görəcəklər.Bu qədər razılıq sənədini onlara kim verib? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbəri yoxdur ancaq yerli idarələr özbaşınalıq edir, rüşvət müqabilində qanunsuz işlərə göz yumurlar.
Redaksiyadan:Faktla bağlı araşdırmalarımız davam edir.Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Şimalregion.az