
Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi ilə əlaqədar olaraq dəyirmi masa təşkil olunub
İsmayıllı rayon MKS-nin Təzəkənd kənd kitabxana filialı tərəfindən görkəmli şair, maarifçi və ictimai xadim Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi ilə əlaqədar olaraq sərgi və dəyirmi masa təşkil olunub.
Dəyirmi masa iştirakçıları şairin maarifçilik ideyaları, dövrünün ictimai-siyasi hadisələrinə münasibəti və poeziyasının bu günümüz üçün aktuallığı barədə fikir mübadiləsi aparıblar.