Ağsudan redaksiyamıza maraqlı şikayət daxil olub.Şikayətdə bildirilir ki,Ağsu rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun Cəlayır kəndində əhaliyə məxsus örüş yerlərini zəbt edərək özü üçün 12 hektar ərazidə “Nar”bağı saldırıb.Zamanında əhali etiraza qalxsa da hüquq-mühafizə orqanlarının təpkisi ilə narazılıq edənlər sakitləşdirildi.Şikayətçi eyni zamanda icra başçısının ona qarşı əsassız mübarizə apardığını bildirir.Mövzu ilə bağlı yaxın günlərdə daha ətraflı yazıları ictimaiyyətə təqdim edəcəyik.

Redaksiyadan: Mövzu diqqətimizdədir araşdırmalarımız davam edir.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq