
44 günlük Vətən müharibəsi şəhidi Xəyyam Hüseynovun ad günü məzarı önündə qeyd olunub
11 iyun 2025-ci il tarixdə 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hüseynov Xəyyam Hüseyn oğlunun ad günü Göyçay rayonunun Məlikkənd kəndində şəhidin məzarı önündə qeyd olunub.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, şəhid ailələrinin üzvləri və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhid Hüseynov Xəyyam Hüseyn oğlu 11.07.1996-cı il tarixdə Göyçay rayonunun Məlikkənd kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 28 sentyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.