MKTİB tərəfindən növbəti təmizlik aksiyası keçirilib

Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin Məhsəti qəsəbəsi və 2 saylı ASAN xidmətinin, eləcə də Büllur zavodu, həmçinin Qənnadı fabrikinin ətrafında, Heydər Əliyev və Atatürk prospeki ilə kəsişən ara küçələrdə təmizlik işləri aparılıb. MKTİB-nin canlı qüvvəsi və müxtəlif təyinatlı texnikalarının cəlb olunduğu aksiyada adıçəkilən ərazilər məişət tullantılarından, alaq otlarından, eləcə də daş, qum, toz-torpaqdan və xəzəldən təmizlənib. Bununla paralel olaraq məişət tullantılarının atılması üçün nəzərdə tutulan iri tutumlu konteynerlər boşaldılıb, ətrafları təmizlənərək səliqəli şəkilə salınıb. Mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Təmizlik aksiyasına MKTİB-nin Ərazi Xidmət Sahələrinin əməkdaşları da cəlb olunub. Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən həyata keçirilən bu kimi təmizlik işləri mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində də təşkil olunur.