
Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə nümayəndələrinin təşəbbüsü və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsinə maarifləndirici infotur təşkil edilib. Səfərin əsas məqsədi uşaqlara təbiətimizin zənginliklərini daha yaxından tanıtmaq, onları ekoloji dəyərlərə həssas yanaşmağa təşviq etmək olub.
İştirakçılar milli parkın qoruq zonası, burada yaşayan nadir heyvan növləri, flora və fauna barədə ətraflı məlumat əldə ediblər. Onlar həmçinin ölkəmizə gətirilmiş zubrlar, marallar və digər vəhşi heyvanlarla tanış olaraq onların qorunması və artırılması üçün görülən işlər barədə maraqlı faktlar öyrəniblər.
Belə təşəbbüslər uşaqlarda təbiətə sevgi və məsuliyyət hissini gücləndirir, ekoloji şüurun formalaşmasına töhfə verir.