
İlk növbədə bildirmək istəyirik ki, Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsinin işçiləri yay mövsümü ilə əlaqədar olaraq, şəhərin bütün ərazisində məişət tullantıların süpürlməsi və yığışdırılmasını gün ərzində iki dəfə və ya daha çox təşkil edir.
İkinci növbədə vidyonun ozündən də görünür ki zibil qutusunun içi boşdur təmizlənib. Həmin ərazi şəhərin Samux küçəsidir və orada ətrafda fərdi yaşayış evləridi, yaşayışçılar həmin ərazidə məişət tullantılarını əl arabsıyla gətirərək zibil qutusunun ətrafına tökülər, dəfələrlə yaşayışçılarla proflaktik söhbət aparılmışdır.Əlavə olaraq bildirmək istəyirik ki, İdarə işçiləri şəhərdə mövcüd olan bir çox zibil qutusunun ətrafına növbəli şəkildə təmizləyirlər, buna baxmayaraq bəzi məsulliyyətsiz vətandaşlar təyin olunmamış yerlərə və ya zibil qutusuna yox, ətrafına zibil tökürlər, bu isə idarənin fəaliyyətini çətinləşdirir
ŞimalRegion.az