Biləsuvarda kafedə sanitar-gigiyenik nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Biləsuvar rayonu, Ələt-Astara magistral avtomobil yolunun 114-cü km-də fəaliyyət göstərən, fiziki şəxs Vəkil Mikayıl oğlu Ağayevə məxsus “Öz Məkan” kafesində yoxlama keçiriblər.

SimalRegion.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və kafenin manqal sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.