
Cəlilabadda meşədə yanğın başlayıb
Cəlilabad rayonunda meşə yanır.
SimalRegion.az xəbər verir ki, hadisə rayonun Zopun kəndi ərazisində yerləşən meşəlik sahədə başlayıb. Yanğın meşə örtüyünün sıx olduğu hissədə qeydə alınıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
FHN Mətbuat Xidməti